Əvvəllər belə hesab edirdilər ki, üzvi maddələr “həyati qüvvə”nin təsiri ilə yalnız canlı orqanizmlərdə yarana bilər (vitalizm nəzəriyyəsi). Uzun müddət kimyaçılar qeyri-üzvi maddələrdən üzvi maddələr ala bilməmişdir.
İlk dəfə alman alimi F.Völer qeyri-üzvi maddədən (ammonium-sianat) üzvi maddə (kar- bamid) sintez etmişdir.
Sonrakı illərdə G.Kolbe, M.Bertlo, A.Butlerov qeyri-üzvi maddələrdən üzvi maddələr almışlar.
XIX əsrin əvvəllərindən başlayaraq çoxlu sayda tədqiqatlar aparılmış, insan orqanizminə, bitki və qida məhsullarına daxil olan külli miqdarda üzvi maddələr təmiz halda ayrılmış və öyrənilmişdir. Bu maddələrin sayının çox olmasına baxmayaraq, onların quruluşu və xassələri arasında heç bir əlaqə müəyyən edilməmişdir. Lakin əksər üzvi maddələrin tərkibinə karbon, hidrogen, oksigen və bəzi birləşmələrdə azot və s. elementlərin daxil olduğu məlum idi.
XIX əsrin ortalarında A.M.Butlerov üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsini irəli sürdü. Bu nəzəriyyənin bəzi əsas müddəaları ilə tanış olaq.
Eyni kimyəvi tərkibə malik olan, lakin quruluşları və buna görə də xassələri fərqli olan maddələr mövcuddur. Məsələn, C4H10 tərkibinə malik birləşmənin İki quruluş formulunu yazmaq olar:
Kimyəvi tərkibi eyni, lakin quruluşları fərqli olan maddələr İzomerlər adlanır.