Alkenlərin kimyəvi xassələri
6
Məişətdə istifadə edilən bu əşyalar üçün ümumi olan
nədir?
Alkanlarla alkenlərin keyfiyyət tərkibinin eyni olmasına baxmayaraq, onların kimyəvi
xassələri bir-birindən kəskin fərqlənir. Buna səbəb alkanlardan fərqli olaraq, alkenlərin
molekullarında π-rabitənin olmasıdır. Alkenlərin əksər kimyəvi xassələri (birləşmə, polimerləşmə
və s. reaksiyalarına daxil olmaları) onların molekullarında π-rabitənin olması
ilə əlaqədardır, π-rabitə o-rabitədən daha davamsız olduğuna görə kimyəvi reaksiyalar
zamanı alkenlərin molekullarında olan bu rabitələr asanlıqla qırılır və onlar doymuş maddələrə
çevrilir.
Birləşmə reaksiyaları
Alkenlər molekullarında olan zr-rabitənin qırılması hesabına hidrogeni, halogenləri, hidrogen-
halogenidləri, suyu və s. birləşdirir. Alken molekuluna X2 (H2,
Cl2, Br2) və XY (H - Hal,
H - OH
və s.) tipli
a.
Alkenlər katalizator iştirakında hidrogen birləşdirərək uyğun alkanlara çevrilir.
b. Alkenlər halogenlər ilə birləşərək dihalogenli maddələr əmələ gətirir. Hidrogen ilə reaksiyadan
fərqli olaraq, halogenlərin alkenlərə birləşməsi otaq temperaturunda baş verir.