Məhsulun praktiki çıxımını nəzərə alsaq.
Ƞ =
Vpraktiki
Vnəzəri
⋅ 100%
50 =
Vpraktiki
44,8
⋅ 100
Vpraktiki = 22,4 litr(C2H4)
Normal şəraitdə sıxlığı 2,5 q/l olan 28 qram alken almaq üçün neçə litr alkan
dehidrogenləşdirilməlidir? Məhsulun praktiki çıxımı 20%-dir.
Eyni qayda ilə 1,2-dixlorpropandan propen alınır.
Fiziki xassələri
Verilmiş alkenlərin qaynama temperaturlarının müqayisəsi necə olar?
Sizcə, bu alkenlər adi şəraitdə hansı aqreqat halında olar?
Alkenlər rəngsiz, suda və polyar həlledicilərdə həll olmayan maddələrdir. Onlar qeyri-polyar
həlledicilərdə (benzin, benzol, toluol və s.) yaxşı həll olur. Alkenlərin homoloji sırasının
ilk üç nümayəndəsi otaq temperaturunda qaz halında olan iysiz maddələrdir. Alkanlar kimi,
alkenlər də bərk halda molekul kristal qəfəsi əmələ gətirir. Molekulda karbon atomlarının
sayı (nisbi molekul kütləsi) artdıqca şaxəsiz alkenlərin qaynama temperaturu və sıxlığı artır.
Alkanlarda olduğu kimi, izomer alkenlərdə də şaxələnmə artdıqca sıxlıq və qaynama
temperaturu
azalır.
Alken |
Qaynama temperaturu |
t1 > t2 |
CH2 = CH - CH2 - CH3 |
t1 |
|
t2 |