Monohalogen alkanların (alkilhalogenidlərin) qələvinin spirtdə məhlulu ilə
qızdırılmasından.
Məsələn, etilbromidin kalium-hidroksidin spirtdə məhlulu ilə qarşılıqlı təsiri zamanı
etilbromid molekulundan hidrogen və brom atomlarının ayrılması baş verir, nəticədə
etilen, kalium-bromid və su alınır.
Göründüyü kimi, bu reaksiyalar molekuldan həm hidrogen, həm də halogen atomunun
ayrılması ilə gedir. Eyni üsulla 1-brompropan və 2-brompropandan da propen alınır.
2-brombutanın kalium-hidroksidin spirtdə məhlulu ilə qarşılıqlı təsiri zamanı alken
alınarkən
hidrogen atomu halogen atomunun birləşdiyi karbon atomunun qonşuluğunda ən
az hidrogeni olan karbondan ayrılır.