5
Alkenlərin alınması və fiziki
xassələri
Doymuş karbohidrogenlərdən alkenləri həm birbaşa, həm də dolayı yolla almaq olar.
Sxemə uyğun hansı reaksiyaları təklif edərsiniz?
Aktiv olduqları üçün alkenlər alkanlardan fərqli olaraq təbiətdə rast gəlinmir. Onlar həm
sənayedə, həm də laboratoriyada, əsasən, alkanlardan və ya onların törəmələrindən alınır.
Alkanların kimyəvi xassələrini öyrəndikdə onların dehidrogenləşmə reaksiyaları ilə tanış
olduq. Bu zaman alkan molekulundan hidrogen ayrılır və alken alınır.
Etil spirti molekulundan hansı maddəni ayırdıqda alken alınar?
Bu reaksiyalar necə adlanır?
1,2-dixloretan və xloretandan da etilen almaq olarmı?
Bunun üçün onlara hansı maddələr ilə təsir etmək lazımdır?
Propenin alınması üçün hansı halogenli törəmələr götürülə bilər?
Sənayedə alınması
Alkenlər sənayedə aşağıdakı üsullarla alınır:
-
Neft məhsullarının krekinqindən. Neft məhsullarının krekinqi zamanı onların tərkibində
olan alkanlar parçalanaraq daha kiçik molekul kütləli alkanlar və alkenlər qarışığı
əmələ gətirir.
-
Alkanların dehidrogenləşməsindən. Yüksək temperaturda katalizator iştirakında etan
və propan molekulundan H2 ayrılır və uyğun olaraq etilen və propilen alınır.