Aşağıda buten-2-nin sis- və trans- izomerlərinin kürəcik modelləri verilmişdir.
Buten - 2
sis-buten-2
trans-buten-2
C4H8 tərkibli alkenləri aşağıdakı sxem şəklində ümumiləşdirmək olar:
Bütün alkenlər fəza izomerliyinə malik deyil. Alken molekulunun fəza izomerliyinə malik
olması üçün ikiqat rabitəli karbon atomlarının hər birinə birləşmiş atom və ya atom qrupları
müxtəlif olmalıdır.