Alken molekulunda olan karbon atomları ikiqat rabitə (C = C) boyunca bir-birinə nəzərən
fırlanmır. Buna səbəb ikiqat rabitənin karbon atomlarının fırlanmasını məhdudlaşdırmasıdır.
Buna görə də aşağıda verilən maddələr eyni maddələr deyil.
Bu maddələrdən birinin digərinə çevrilməsi yalnız əlavə enerjinin sərf olunması və
π-rabitənin qırılması ilə baş verə bilər. Bunu aşağıdakı sxem şəklində təsvir etmək olar:
π-rabitə qırılır
Karbon atomları C-C rabitəsi
boyunca fırlanır
π-rabitə əmələ gəlir
Bir-birinə çevrilən alkenlər eyni maddə olmayıb, izomerdirlər. Lakin bu izomerlər nə karbon
zəncirinin quruluşunun dəyişməsi, nə də ikiqat rabitənin əsas zəncirdəki yerinə
görə deyil, ikiqat rabitəli karbon atomlarına birləşmiş əvəzedicilərin (bu halda metil qruplarının)
fəzada π-rabitə müstəvisinə nəzərən yerləşməsinə görə fərqlənir. Bu izomerlik
həndəsi (sis-trans) izomerlik adlanır. Əgər alken molekulunda eyni qruplar jr-rabitə
müstəvisinin eyni tərəfində yerləşərsə,
sis-izomer, əks tərəfində yerləşərsə,
trans-izomer
adlanır.