Göründüyü kimi, buten-1 və buten-2 ikiqat rabitənin əsas zəncirdə vəziyyətinə görə bir-birindən
fərqlənir. Buten-1 və 2-metilpropendə isə ikiqat rabitənin yeri eyni, karbon zəncirinin
quruluşu isə fərqlidir. Buten-2 və 2-metilpropen isə həm karbon zəncirinə, həm də
ikiqat rabitənin vəziyyətinə görə fərqlənir.
Karbon zəncirlərinə görə quruluş izomerləri
İkiqat rabitənin vəziyyətinə görə qurluş izomerləri
buten-1 2-metilpropen
buten-2 2-metilpropen
buten-1 buten-2
Nümunə
MƏSƏLƏ
1
C5H10 tərkibli alkenlərin formullarını tərtib edin.
HƏLLİ
Əvvəlcə şaxəsiz quruluşlu aleknlərin formulunu yazırıq. Bu zaman ikiqat rabitə əsas zəncirdə
iki müxtəlif vəziyyətdə yerləşə bilər:
Karbon atomlarının dördünü ardıcıl birləşdirib birini isə mümkün olan variantlarda şaxə
şəklində yazdıqda ikiqat rabitə əsas zəncirdə iki müxtəlif vəziyyətdə yerləşə bilər:
a.ikiqat rabitə 1-ci və 2-ci karbon atomları arasında olduqda:
b.ikiqat rabitə 2 və 3-cü karbon atomları arasında olduqda:
Göründüyü kimi, C5H10 tərkibli 5 müxtəlif alken mövcuddur.
Özünüzü yoxlayın
MƏSƏLƏ
2
C6H12 tərkibli alkenlərin qrafik formullarını tərtib edin və
izomerlərin sayını müəyyən edin.
CAVAB
13 izomer
Siniflərarası izomerlik
Alkenlər ilə tsikloalkanlann ümumi formulu eynidir. Buna görə də molekulunda eyni sayda karbon
atomu olan alken və tsikloalkan bir-birinin siniflərarası izomeridir. Tsikloalkanlann ilk
nümayəndəsi
tsiklopropan (C3H6) olduğundan etilenin siniflərarası izomeri yoxdur və
alkenlərdə
bu izomerlik propendən başlayır.