Vinil və ikili butil radikallarının birləşməsindən
əmələ gələn alkeni beynəlxalq
nomenklatura ilə adlandırın.
0,5 molunda 36 q karbon və molekulunda
bir dördlü karbon atomu olan alkeni
beynəlxalq nomenklatura əsasında adlandırın.
Alkenin beynəlxalq nomenklatura ilə adlandırılma
mərhələlərini doğru sıra layı n:
1. Əsas zəncirdə olan radikalların yerinin
və adının qeyd edilməsi
2. Əsas zəncirin nömrələnməsi
3. Əsas zəncirin seçilməsi
4. Əsas zəncirin adının qeyd edilməsi
5. ikiqat rabitənin yerinin qeyd edilməsi
Cədvəli tamamlayın.
Alken
Beynəlxalq nomenklatura
əsasında adı
Səmərəli üsulla adı
CH3-CH = CH-CH3
2-metilbuten-2
sim-metilizopropiletilen
Sxemdə olan mərhələləri müqayisə edin və alkenin doğru adlandırma "yolunu"
müəyyən edin.