Əgər verilmiş alkendə ikiqat rabitə əsas zəncirdə hər iki tərəfdən eyni məsafədə olarsa,
onda əsas zəncirin nömrələnməsi alkanların adlandırılmasında öyrəndiyiniz qaydalar əsasında
aparılır.
2-metilbuten-2
Nömrələmə radikal yaxın
olan tərəfdən aparılır.
3-metil-4-etilheksen-3
Nömrələmə sadə quruluşlu radikal
yaxın olan tərəfdən aparılır.
2,3,5-trimetilheksen-3
Nömrələmə şaxələnmə çox olan
tərəfdən aparılır.
Molekulunda karbon atomlarının sayı minimum olan alkendə bir asimetrik karbon atomu var. Alkeni beynəlxalq
nomenklatura ilə adlandırın.
HƏLLİ
Dörd fərqli atom və ya atomlar qrupu ilə birləşmiş karbon atomu asimmetrik karbon atomu adlanır.
Karbon atomlarının sayının minimum olması üçün karbon atomuna bir vinil, bir metil, bir hidrogen
və bir etil radikalı birləşdirilməlidir.
Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün ikiqat rabitə yaxın olan tərəfdən nömrələnmə aparılır.
3-mellipenten-1