Şaxəli quruluşlu alkenlər Beynəlxalq nomenklaturaya əsasən aşağıdakı ardıcıllıqla adlandırılır.
Molekulda ikiqat rabitəli karbon atomlarının daxil olduğu ən uzun karbon zənciri (əsas
zəncir) seçilir.
Əsas zəncirdəki karbon atomları ikiqat rabitə yaxın olan tərəfdən nömrələnir.
Əsas zəncirdəki karbon atomlarına birləşmiş radikalların yeri (birləşdiyi karbon atomunun
nömrəsi), sayı (di-, tri-, tetra- və s.) və sadədən mürəkkəbə doğru olmaqla adı
oxunur.
Əsas zəncirə uyğun alkanın adının sonundakı “an” sonluğu “en” sonluğu ilə əvəz
olunur
və ikiqat rabitə başlayan karbon atomunun nömrəsi deyilir.
Aşağıda nümunə üzərində şaxəli quruluşlu alkenin bu ardıcıllıqdan istifadə etməklə adlandırılması
verilmişdir.
1. Molekulda əsas zəncir seçilir.
2. Əsas zəncir nömrələnir.
3. Radikalların yeri, sayı və adı qeyd olunur.
4. Əsas zəncirin adı və ikiqat rabitənin yeri qeyd olunur.
Fəaliyyət
2
Alkenlərin adlandırılması ardıcıllığına əsasən və alkanların adlandırılmasını yadınıza
salaraq aşağıdakı alkenləri adlandırmaqla alqoritm tərtib edin.
Heksan molekulunda 3-cü karbon atomunda olan hidrogen atomlarından birini metil, 4-cü
karbon atomunda olan hidrogen atomlarından birini isa vinil radikalı ilə əvəz etdikdə alınan
alkenin beynəlxalq nomenklaturaya əsasən adını necə təklif edərsiniz?