Etilen molekulundan iki hidrogen atomunu metil radikalları ilə əvəz etdikdə iki müxtəlif
alken alınır.
Etilen molekulunda iki və daha çox hidrogen atomunu eyni radikal ilə əvəz etdikdə radikalların
sayları da (di, tri- və ya tetra-) göstərilir. Alınan alkenlərin hər ikisinin səmərəli üsulla
adı dimetiletilen olur. Bu səbəbdən alkenləri fərqləndirmək üçün simmetrik və qeyri-simmetrik
sözlərindən istifadə olunur.
sim-dimetiletilen
qeyri-sim-dimetiletilen
Etilen molekulunda hidrogen atomları müxtəlif radikallar ilə əvəz olunarsa, onda bu radikalların
adları kiçikdən böyüyə doğru oxunur.
sim-metiletiletilen
qeyri-sim-metiletiletilen
Aşağıdakı alkenləri səmərəli üsulla adlandıraq.
trimetiletilen
tetrametiletilen
trimetiletiletilen
Molekulda karbon atomlarının sayı artdıqca səmərəli adlandırma üsulu ilə alkenlərin adlandırılması
çətinləşir.
Beynəlxalq nomenklaturaya əsasən şaxəsiz quruluşlu alkenləri adlandırmaq üçün müvafiq
alkanın adının sonundakı “an” sonluğu “en” sonluğu ilə əvəz olunur.
Əsas zəncirdə üçdən çox karbon atomu olduqda karbon zənciri ikiqat rabitə yaxın olan
tərəfdən nömrələnir. Alkenin adının sonunda nömrələmə sırasında ikiqat rabitə başlayan
karbon atomunun nömrəsi (ikiqat rabitənin yeri) göstərilir. Məsələn: