Alken molekulunda karbon atomları arasında
o-rabitə əmələ gəldikdən sonra bu
atomların p-orbitalları bir-birini cəzb edir.
Bu orbitalların örtülməsi hesabına π-rabitə
əmələ gəldikdə karbon atomlarının nüvələri
bir-birinə daha da yaxınlaşır.
Nəticədə karbon atomlarının nüvələri arasındakı məsafə kiçilir. Etan molekulunda C - C
rabitəsinin uzunluğu 0,154 nm olduğu halda, eten molekulunda C = C rabitəsinin uzunluğu
0,134 nm olur. Həmçinin π-rabitə əmələ gələrkən orbitalların qapanma sahəsi o-rabitə
ilə müqayisədə az olur.
Hibrid orbitalların örtülməsindən
əmələ gələn σ-rabitə
p-orbitalların örtülməsindən
əmələ gələn π-rabitə
Bu səbəbdən Tt-rabitənin enerjisi və davamlılığı o-rabitədən az olur. İkiqat rabitənin enerjisi
isə iki o-rabitənin enerjisindən kiçik olur.
Öyrəndiklərinizi yoxlayın
-
Mil-kürəcik modeli verilmiş molekulda
sp2 hibrid halında olan karbon atomlarını
müəyyən edin.
-
Maddələri molekullarında olan hibrid
orbitalların sayının artma ardıcıllığı ilə
düzün.
1. metan
2. etan
3. eten
A) 1, 2, 3
D) 2, 3,1
B) 1, 3, 2
E) 3, 2,1
C) 2,1, 3
-
Etan və eten molekullarının fəza quruluşlarının
fərqli olmasını necə izah etmək
olar?
-
Propen molekulunda olan karbon
atomları hansı elektron buludlarına malikdir?
Fikrinizi əsaslandırın.