İdrak fəallığına, mənimsənilən biliklərin bacarıqlar şəklində əldə
olunmasına praktik imkan yaradan məlumatlar göstərilir.
Mövzuya aid tapşırıq və onun həlli göstərilir.
Nümunə blokunda həlli verilmiş tapşırığa uyğun tapşırıq
və onun cavabı verilir.
Şagirdlər mövzu ilə əlaqədar müzakirə aparırlar.
Əvvəlki illərdə tədris olunmuş mövzulardan vacib məqamlar
qeyd olunur.
Mövzu ilə bağlı maraqlı faktlar verilir.
Əldə olunan bacarıqların səviyyəsinin müəyyən olunması üçün
tapşırıqlar verilir.
Mövzunun möhkəmləndirilməsi.