Tədqiqatlar göstərmişdir ki, eten molekulunda olan C = C rabitəsinin uzunluğu etan
molekulunda C - C rabitəsinin uzunluğundan kiçikdir. Həmçinin eten molekulunda
olan C = C rabitəsinin enerjisi etan molekulunda olan C - C rabitəsinin enerjisinin iki
mislindən azdır.
Nə üçün eten molekulunda karbon atomları arasındakı rabitənin uzunluğu etan
molekulundakı
uyğun rabitə ilə müqayisədə kiçikdir?
Nə üçün C = C ikiqat rabitənin enerjisi C - C birqat rabitənin
enerjisinin iki mislinə
bərabər deyil?
Biz etan və propan molekullarının fəza quruluşunu öyrəndikdə rabitə bucaqlarının
109°28' olduğunu öyrəndik. Bu molekulları modelləşdirdikdə isə bütün atomların
eyni müstəvidə yerləşmədiyinin şahidi olduq. Əvvəlki mövzulardan istifadə etməklə
eten və propen molekullarında rabitənin əmələ gəlməsini izah edin. Mil və kürəciklərdən
(və ya plastilin və kibrit çöplərindən) istifadə etməklə etenin və propenin
mil-kürəcik modelini qurun.
Alken molekullarında rabitə bucaqları neçə dərəcə olmalıdır?
Bu molekullarda hansı atomlar eyni müstəvidə yerləşir?
Alken molekullarının fəza quruluşunu homoloji sıranın ilk nümayəndəsi olan eten molekulu
misalında nəzərdən keçirək. Bu molekul əmələ gəldikdə karbon atomlarının xarici
energetik səviyyəsində olan orbitallardan üçü (bir s-və iki p-orbitalı) hibridləşərəksp2-hibrid
orbitallar əmələ gətirir.
Əmələ gələn sp2 hibrid orbitallar bir-birindən maksimum uzaqlaşır. Bu halda onlar arasındakı
bucaq 120° olur.
sp2 -hidrid orbitəllarinin
fəzada aldığı forma