Verilmiş birləşmələrdən alkenlərə aid
olanları seçin.
CH3 - CH2 - CH3 və CH2 = CH - CH3
molekulları üçün fərqli olan nədir?
1. Karbon atomlarının sayı
2. Hidrogen atomlarının sayı
3. Uzunluğu 0,154 nm olan rabitələrin sayı
4. Qeyri-polyar kovalent rabitələrin sayı
5. Qeyri-polyar o-rabitələrin sayı
Sxemi tamamlayın.
Molekulunda n sayda
karbon atomu olan alkenin
hidrogen
atomlarının
sayı:
atomlarının
ümumi
sayı:
nisbi
molekul
kütləsi:
Boş xanalara uyğun rabitələrin sayını yazın.
Polyar kovalent
rabitələrin
sayı
Qeyri-polyar
kovalent rabitələrin
sayı
Etan
Eten
Birləşmədə ikili və üçlü karbon atomlarının
sayını müəyyən edin.
Alkenlərdə karbonun və hidrogenin kütlə
paylarının (%-lə) onların nisbi molekul kütləsindən
asılılıq qrafikini qurun.
Molekulunda 15 atom olan alkenin neçə hidrogen
atomu var?
Propen molekulunda 3 karbon və 6 hidrogen
atomu olduğu halda, nə üçün hər karbon
atomuna 2 hidrogen atomu birləşmir?
Alken molekulunda rabitələrin yaranmasında
30 elektron iştirak edir. Bu alkenin
molekulunda olan atomların ümumi sayını
müəyyən edin.
C = C-C-C və C C = C-C karbon zəncirlərinə
əsasən uyğun alkenlərin qrafik
formullarını tərtib edin və karbon atomlarının
oksidləşmə dərəcələrini müəyyən
edin.