Alkenin formulu |
Alkenin adı |
C2H4 |
Eten |
C3H6 |
Propen |
C4H8 |
Buten |
C5H10 |
Penten |
Cədvəldən göründüyü kimi, alken molekulunda karbon atomlarının sayı hidrogen
atomlarının
sayından 2 dəfə çox olur. Yəni alkenlərin formulu CnH2n (n>2) kimidir.
Nisbi molekul kütləsi 70 olan alkenin formulunu müəyyən edin.
HƏLLİ
Alkenlərin formulunun CnH2n olduğunu nəzərə alsaq, onun nisbi molekul kütləsi 14 n
olur.
14n = 70
n = 5 (C5H10)
0,2 molunun kütləsi 11,2 q olan alkeni müəyyən edin.
Alken molekulunda rabitələri onları əmələ gətirən elektron cütləri ilə əvəz
etdikdə alkenin
elektron formulu alınır.
Alken |
Molekul formulu |
Qrafik formulu |
Elektron formulu |
Eten |
C2H4
|
|
|
Propen |
C3H6
|
|
|
Etan molekulunda rabitələrin əmələ gəlməsində 14, eten molekulunda isa 12
elektron iştirak
edir. Lakin har iki molekulun amala gəlməsi zamanı oktet qaydası ödənir. Bu maddələrin
elektron
formullarını müqayisə edərək səbəbini izah edin.
Alkanlarda olduğu kimi, alkenlərdə də karbon atomlarının oksidləşmə dərəcəsini onlara
birləşən hidrogen atomlarının sayına görə müəyyən etmək olar. Karbon atomları hidrogen
atomlarından elektron alır və mənfi oksidləşmə dərəcəsi göstərir.