Beynəlxalq nomenklaturaya əsasən molekulunda karbon atomları arasında bir ikiqat
rabitə olan açıq zəncirli karbohidrogenlər alkenlər adlanır.
Molekulunda bir, iki və üç karbon atomu olan alkenlərin qrafik formulunu tərtib
etməyə çalışın. Doğru olan qrafik formullarda rabitələri ümumi elektron cütü ilə əvəz
etməklə molekulun elektron formulunu yazın.
Hər üç molekul üçün doğru qrafik formulu tərtib etmək mümkün oldumu?
Fikrinizi necə əsaslandırarsınız?
Karbohidrogen molekulunda ikiqat rabitə yalnız karbon atomları arasında əmələ
gələ bilər.
Yəni ikiqat rabitənin əmələ gəlməsi üçün alken molekulunda, ən azı, iki karbon atomu olmalıdır.
Bu səbəbdən alkenlərin molekulunda bir karbon atomu olan nümayəndəsi yoxdur.
Alkenlərin ilk nümayəndəsinin molekulunda iki karbon atomu var. Tərkibində iki karbon
atomu olan alkenin qrafik formulunu tərtib edək:
İki karbon atomunu
ikiqat rabitə ilə
birləşdiririk
Karbonun IV valentli olduğunu nəzərə
alaraq hər karbon atomuna aid rabitə
sayını 4-ə tamamlayırıq.
Rabitələr vasitəsilə karbon
atomuna hidrogen atomlarını
birləşdiririk.