1 mol etanın xlorlaşmasından alınan hidrogen-xloridi artıq miqdarda kalium-hidroksid
məhlulundan buraxdıqda 298 qram duz alınmışdır. Etanın xlorlaşmasından alınan üzvi
maddənin formulunu müəyyən edin.
CAVAB
C2H2Cl4
MƏSƏLƏ
3
Butanın krekinqi zamanı alınan qaz qarışığında butanın həcm payı 60% olarsa, məhsulun
praktiki çıxımını hesablayın.
CAVAB
25%
Öyrəndiklərinizi yoxlayın
Bir propan və altı xlor molekulunun
qarşılıqlı təsirindən alınan üzvi birləşmənin
formulunu və hidrogen-xlorid
molekullarının sayını müəyyən edin.
Metanın xlorla reaksiyası üçün nə
doğru deyil?
1. Qaranlıqda baş verə bilər.
2. Əvəzetmə reaksiyasıdır.
3. Hidrogen alınır.
4. İşıq şüalarının təsiri ilə gedir.