Reaksiyaların bu mexanizmi sərbəst radikal mexanizmi adlanır. Bu zaman əmələ gələn
metil radikalının sərbəst halda yaşama müddəti çox azdır. O, xlor molekulu ilə qarşılıqlı təsirdə
olaraq Cl - Cl rabitəsini homolitik qırır. Nəticədə metilxlorid və yenidən xlor radikalı
əmələ gəlir.
Reaksiya, ümumilikdə, bir-birinə səbəb olan reaksiyalar zəncirindən ibarət olur və zəncirvari
reaksiya adlanır. Zəncirvari reaksiyalarda hər bir radikal başqa radikal əmələ
gətirməklə özü molekulyar məhsula çevrilir. Reaksiya əmələ gələn yeni radikal hesabına
davam edir.
Nikolay Nikolayeviç Semyonov
(1896-1986)
Rus alimi. Nobel mükafatı laureatı.
Zəncirvari reaksiyalar və qazların
partlaması nəzəriyyələrini
yaratmışdır.
Zəncirvari reaksiyalar nəzəriyyəsinin işlənib hazırlanmasında
akademik N.N.Semyonovun böyük rolu
olmuşdur.
Metanın xlor ilə əvəzetmə reaksiyası zamanı xlor artıq
miqdarda olduqda bütün hidrogen atomlarının ardıcıl
əvəzolunması baş verir. Alkilhalogenid molekulundan
hidrogen atomunun halogen atomu ilə əvəz olunması
uyğun alkana nisbətən asan baş verir. Bu alkilhalogenid
molekulunda atomların qarşılıqlı təsiri ilə
izah olunur. Məsələn, CH3CI molekulu misalında bu
qarşılıqlı təsirə baxaq. Xlor atomunun elektromənfiliyi
karbon atomundan çox olduğu üçün C - Cl rabitəsi
boyunca elektron sıxlığını özünə çəkir və qismən
mənfi, karbon atomu isə qismən müsbət yüklənir.
Karbon atomu isə öz növbəsində C - H rabitələrinin elektron sıxlığını
özünə çəkir. Nəticədə C - H rabitələrinin davamlılığı azalır
və hidrogen atomlarının əvəz olunması asanlaşır. Reaksiyanın
mərhələlərini sxem şəklində aşağıdakı kimi göstərmək olar:
Metanın və etanın tam xlorlaşma reaksiyalarının tənliyi aşağıdakı kimidir:
Reaksiya tənliklərindən göründüyü kimi, alkan molekulu ilə reaksiyaya daxil olan halogen
molekulunun sayı qədər hidrogen atomu əvəz olunur və həmin sayda HCI molekulu alınır.