7
Alkanların kimyəvi xassələri
Sizcə, nə üçün alkanlara doymuş karbohidrogenlər deyilir?
Bu onların hansı xassələri ilə əlaqədardır?
Alkanlar adi şəraitdə kimyəvi cəhətdən passivdir. Onlara verilən parafin adı da bu xassələrlə
əlaqəlidir. Latınca “parum affinis” - “az aktiv” deməkdir. Alkan molekulunda olan
karbon atomu bütün
valent imkanlarından istifadə etdiyinə görə kimyəvi reaksiyalar zamanı başqa atom və ya atom
qruplarını özünə birləşdirə bilmir. Ona görə də onlar birləşmə reaksiyalarına daxil olmur və
doymuş
karbohidrogenlər adlandırılır. Lakin müəyyən şəraitdə alkan molekullarında olan
C - C və ya C - H
rabitələri qırılır, onlar əvəzetmə, parçalanma və izomerləşmə reaksiyalarına daxil olur.
Əvəzetmə reaksiyaları
Alkanların halogenlərdən flüor ilə reaksiyası adi şəraitdə partlayışla gedir. Qaranlıqda alkanlar
xlor və brom ilə reaksiyaya daxil olmur. İşığın və ya temperaturun təsiri ilə bu reaksiyalar sürətlə
baş verir. Bu zaman alkanların molekulunda olan C - H rabitələrinin qırılması və hidrogen
atomlarının halogen atomları ilə əvəz olunması baş verir. Reaksiya nəticəsində alkanların halogenli
törəmələri alınır.
Reaksiya tənliklərini tərtib edin və alınan maddələri adlandırın.
a. 1 mol metanın 2 mol xlor İlə reaksiyası
b. 1 mol metanın 3 mol xlor ilə reaksiyası
c. 1 mol metanın 4 mol xlor ilə reaksiyası
Metanın xlorlaşma sxemini necə təklif edərsiniz?
Alkanların xlorlaşması sərbəst radikalların əmələ gəlməsi ilə başlayır. İlk növbədə, işığın
təsirindən xlor molekulu homolitik parçalanaraq iki xlor atomu əmələ gətirir.
Əmələ gələn xlor atomu xarici energetik səviyyəsində tək elektrona malikdir (sərbəst radikaldır).
Xlor atomunun metan molekulu ilə qarşılıqlı təsiri zamanı C - H rabitəsi homolitik qırılır və bu
zaman HCI əmələ gəlir.