Alkanların halogenli törəmələri alkan molekulunda olan hidrogen atomlarının halogen
atomları ilə əvəzolunma məhsullarıdır. Molekulda olan halogen atomlarının sayından
asılı olaraq halogenli törəmələr monohalogenli, dihalogenli və s. olur. Onların
beynəlxalq nomenklatura əsasında adlandırılması alkanların adlandırılması kimidir. Bu
zaman əsas zəncirin nömrələnməsi halogen atomu tərəfdən aparılır, halogen atomunun
zəncirdə yeri və adı göstərilir. Məsələn:
Halogenli törəmələrin səmərəli üsulla adlandırılmasından geniş istifadə olunur. Bu
halda əvvəlcə karbohidrogen radikalının, sonra halogenin adı deyilir.
İzopropilyodidin natriumla reaksiyası aşağıdakı kimi gedir:
Vürs reaksiyasını ümumi şəkildə aşağıdakı kimi göstərmək olar:
İki müxtəlif alkilhalogenidin natriumla reaksiyasından üç müxtəlif alkanın qarışığı alınır.
Məsələn, metilbromid və etilbromid qarışığının natrium ilə reaksiyasından aşağıdakı alkanlar
alınır:
Göründüyü kimi, bu halda alınan alkanlardan ikisinin molekulunda cüt, birinin molekulunda
isə tək sayda karbon atomu var.