Qab isti yerdə bir neçə gün saxlanılır. Sonra qıfın
kranı açılır və borunun ağzına yanar çöp yaxınlaşdırılır.
Bu zaman borudan ayrılan qaz yanmağa
başlayır.
Qabdan hansı qaz ayrılar?
Bu qaz nədən və hansı proses nəticəsində əmələ
gəlir?
Təbiətdə belə bir hadisəyə rast gəlmisinizmi?
Bəzən bataqlıqlardan qaz qabarcıqlarının ayrılmasını müşahidə etmisiniz. Bu qazın əsas
tərkib hissəsi metandır. Ona görə də metan “bataqlıq qazı” da adlandırılır. Bataqlıq qazlarının
tərkibinə həmçinin az miqdarda CO2 və N2 daxildir. Bu qazlar bataqlığın dibində olan
bitki qalıqlarının oksigenin iştirakı olmadan anaerob bakteriyalar tərəfindən parçalanmasından
alınır.
Alınması
Sənayedə alkanları, əsasən, neft və təbii qazdan ayırırlar.
Laboratoriyada alkanları aşağıdakı üsullarla almaq olar.
1. Alüminium-karbidin su ilə hidrolizi. Bu zaman metan alınır.
2. Karbon turşularının natrium duzlarını bərk halda olan natrium-hidroksidlə birgə
qızdırdıqda.
Sirkə turşusunun natrium duzunun natrium-hidroksid ilə reaksiyasından metan alınır.
Reaksiya zamanı CH3 - CH2 - COONa duzu götürüldükdə etan alınır.