Əsas zəncirində üç və daha çox radikal olan alkanlarda iki radikal hər iki tərəfdən eyni məsafədə
olarsa, bu zaman nömrələmə şaxələnmə çox olan tərəfdən aparılır.
Normal heksan molekulunda ikinci karbon atomuna metil, dördüncü karbon atomuna
isə izopropil radikalının birləşməsindən alman maddəni 2-metil-4-izopropilheksan kimi
adlandırmaq olarmı? Fikrinizi əsaslandırın.
Alkan molekulunda iki və daha çox ən uzun karbon zənciri olarsa, bu zaman daha çox radikalı olan
zəncir əsas zəncir olaraq seçilir.
Dimetiletilizobutilmetanı beynəlxalq nomenklatura əsasında adlandırın.
HƏLLİ
Metan molekulunda olan hidrogen atomlarını iki metil, bir etil və bir izobutil radikalı
ilə əvəz etdikdə alınan alkanın formulunu yazaq.
Bu alkanı beynəlxalq nomenklatura əsasında adlandıraq.
2,3,3-trimetilpentanı səmərəli üsulla adlandırın.
CAVAB
imetiletilizopropilmetan