izobutan
|
izobutil | birli | |
üçlü butil | üçlü |
Göründüyü kimi, karbon atomuna təkqat rabitə ilə dörd müxtəlif - hidrogen atomu, metil, etil və izopropil radikalı birləşib. Maddələrin qrafik formulları yazılarkən asimmetrik karbon atomu C* kimi göstərilir.
Aşağıda göstərilən birləşmədə işarə edilən karbon atomuna iki ədəd metil radikalı birləşdiyindən asimmetrik karbon atomu deyil.
Molekulunda asimmetrik karbon atomu olan maddələr fəza quruluşuna görə bir-birindən fərqlənən iki izomer əmələ gətirir. Bu izomerlər sanki bir-birinin güzgüdə əksidir. Məsələn:
Verilmiş izomerləri şərti olaraq mərkəzdə olan karbon atomu boyunca fırlatdıqda fəza quruluşu eyni olan maddələr alınmır. Bu izomerlərin fiziki və kimyəvi xassələri eyni olur, bir-birindən polyarlaşmış işıq (rəqsləri müəyyən müstəvidə olan işıq) müstəvisini fırlatma istiqamətinə görə (sağa və sola) fərqlənir. Ona görə də bu izomerlik optiki izomerlik (güzgü izomerliyi), bu izomerlər isə optiki izomerlər adlanır. Molekulunda asimmetrik karbon