Alkan molekulundan bir hidrogen atomu qoparıldıqda əmələ gələn hissəciklər alkil
radikalları adlanır və onların tərkibini CnH2n+1- ümumi
formulu ilə ifadə etmək olar. Alkil
radikalları bəzi hallarda R- ilə işarə olunur. Metan molekulundan bir hidrogen
atomunun
qoparılmasından CH3- əmələ gəlir. Bu zaman C - H
rabitəsi elə qırılır ki, rabitəni əmələ
gətirən elektronların hərəsi bir atoma düşür. Kimyəvi rabitənin belə qırılması homolitik
qırılma adlanır.
Alkil radikallarını adlandırmaq üçün uyğun alkanın adında olan “an”sonluğu “il"sonluğu
ilə əvəz olunur. Məsələn, CH3- radikalı metil
radikalı adlanır.
Etan molekulunda iki karbon atomunun olmasına
baxmayaraq, bu karbon atomlarının
hər birindən hidrogen atomunun ayrılması
zamanı eyni radikal alınır. Bu radikalın formulu
C2H5 - (və ya CH3 -
CH2 -) olub etil
radikalı adlanır.
Əgər kimyəvi rabitənin qırılması
zamanı rabitəni əmələ gətirən
elektron cütü atomlardan birində
qalarsa, bu zaman ionlar alınır. Kimyəvi
rabitənin belə qırılması heterolitik qırılma
adlanır. Məsələn,
Alkil radikalı alkan molekulunda olan C - H rabitəsi ilə bərabər, həmçinin C - C rabitəsinin
də homolitik qırılmasından əmələ gəlir. Məsələn:
Propan molekulundan bir hidrogen atomunun hansı karbon atomundan ayrılmasından
asılı olaraq iki müxtəlif radikal - propil və izopropil radikalları əmələ gələ bilər.
C4H9- formullu radikallar həm butan, həm də izobutan molekulundan əmələ gəlir. Bu
molekulların hər birindən bir hidrogen atomunun hansı karbon atomundan ayrılmasından
asılı olaraq dörd müxtəlif radikal əmələ gəlir: birli butil, ikili butil, izobutil və üçlü
butil
radikalları.
Butan molekulundan bir hidrogen ayırmaqla iki fərqli alkil radikalı almaq olar.