Göründüyü kimi, C6H14 tərkibli 5 izomer maddə mövcuddur.
Üzvi maddələrin tərkibində olan karbon atomları birləşdiyi karbon atomlarının
sayından
asılı olaraq birli, ikili, üçlü və ya dördlü olur.
Bir karbon atomu ilə birləşdiyi üçün
birli karbon atomudur.
Üç karbon atomu ilə birləşdiyi üçün
üçlü karbon atomudur.
Iki karbon atomu ilə birləşdiyi üçün
ikili karbon atomudur.
Dörd karbon atomu ilə birləşdiyi üçün
dördlü karbon atomudur.
molekulunda birli, ikili, üçlü və dördlü karbon atomlarının sayını müəyyən edin.
HƏLLİ
Verilən maddənin mil-kürəcik modelinə əsasən qrafik formulunu yazaq.
Göründüyü kimi, verilən molekulda 4 ədəd birli, 1 ədəd ikili, 1 ədəd dördlü karbon
atomu
var. Üçlü karbon atomu isə yoxdur.
C6H14 formullu alkanın izomerlərində maksimum neçə birli, ikili, üçlü
və dördlü karbon atomu ola bilər?
CAVAB
birli - 4, ikili - 4, üçlü - 2, dördlü - 1
9-cu sinifdən radikalın xarici təbəqəsində sərbəst (cütləşməmiş) elektron olan hissəcik
olduğunu bilirsiniz. Alkan molekulundan bir hidrogen atomu qopardıqda da radikal alınır.
Tərkibində 4 karbon atomu olan alkanların molekulundan bir hidrogen ayırdıqda
hansı
radikallar alınır?
CH3 —, C2H5—, C3H7 —
və
C4H9— formullu neçə radikal mövcuddur?
Eyni formullu radikallar bir-birindən nə ilə fərqlənir?