1 | 2 | 3 | 4 |
5 | 6 | 7 |
Neçə müxtəlif maddə verilmişdir?
Bu maddələr tərkiblərinə və quruluşlarına görə hansı fərqli xüsusiyyətlərə malikdir?
C4H10 və C5H12 tərkibli alkanların quruluş formullarının yazılmasına əsasən C6H14 tərkibli alkanların quruluşlarını tərtib edin.
Alkanların izomerlərinin yazılması hansı ardıcıllıqla aparıla bilər?
Bunun üçün hansı alqoritmi tərtib etmək olar?
C6H14 tərkibli alkanların qrafik formullarını göstərmək üçün əvvəlcə şaxəsiz quruluşlu alkanın formulu yazılır:
Sonra karbon atomlarından beşi ardıcıl birləşdirilir, biri isə mümkün olan variantlarda şaxə şəklində göstərilir:
Növbəti izomerləri yazmaq üçün daha sonra karbon atomlarından dördü ardıcıl birləşdirilir, ikisi isə mümkün olan variantlarda şaxə şəklində göstərilir.