Molekulunda 3 ədəd C - C rabitəsi olan alkan molekulunda neçə proton var? (6C,
1H)
HƏLLİ
Alkanlarda C - C rabitələrinin sayı molekuldakı karbon atomlarının sayından 1 vahid azdır.
Əgər molekulda 3 ədəd C - C rabitəsi varsa, deməli, molekulda 4 ədəd karbon atomu var:
C4H10
Bu molekulda protonların sayı belə hesablanır: 4•6
+ 10 • 1 = 34
Özünüzü yoxlayın
MƏSƏLƏ
2
Molekulunda n sayda karbon atomu olan alkan molekulunda neçə hibrid orbital var?
CAVAB
4n
Alkan molekulunda karbon atomları onlar arasında olan σ-rabitələr boyunca fırlana bilir.
Məsələn, etan molekulunda C - C rabitəsi boyunca karbon atomlarının fırlanması aşağıdakı
kimi olur:
Öyrəndiklərinizi yoxlayın
Metan molekulunda karbon atomu hansı
hibrid vəziyyətdədir?
Etan molekulunda valent bucağı və
C - C rabitəsinin uzunluğu nəyə bərabərdir?
Hansı alkanın molekulunda 12 hibrid orbital
var?
Nisbi molekul kütləsi 86 olan alkan molekulunda
hesablayın:
a. C - H rabitələrin sayını
b. protonların sayını
c. sp3 hibrid orbitallarının sayını