Q |
Qudron |
mazutun vakuumda distilləsindən alınan bərk qalıq |
Quruluş formulu |
molekulun tərkibinin kimyəvi işarələr və rabitələrlə göstərilməsi |
M |
Mazut |
neftin ilkin distilləsindən sonra qalan qalıq |
Metan |
alkanların ilk nümayəndəsi (CH4) |
Meta vəziyyət |
benzol halqasında əvəzedicilərin 1,3-vəziyyətdə olması |
Metilen qrupu |
— CH2 — qrupu |
Metil radikalı |
metan molekulundan bir hidrogen atomunun ayrılmasından alınan hissəcik (CH3—) |
Monomer |
polimeri əmələ gətirən kiçik molekul kütləli maddə |
O |
Olefinlər |
alkenlərin tarixi adı |
Orto vəziyyət |
benzol halqasında əvəzedicilərin 1,2 vəziyyətdə olması |
P |
Para vəziyyət |
benzol halqasında əvəzedicilərin 1,4-vəziyyətdə olması |
Parçalanma reaksiyası |
bir mürəkkəb maddənin iki və daha çox maddəyə parçalanması |
Polietilen |
etilenin polimerləşmə məhsulu |
Propil (n-propil) radikalı |
propan molekulundan, birli karbon atomuna birləşmiş bir hidrogen atomunun ayrılmasından alınan hissəcik |
R |
Radikal |
xarici təbəqəsində cütləşməmiş elektrona malik hissəcik |
Rektifikasiya kolonu |
neftin distilləsi aparılan qurğu |
Rezin |
kauçukun kükürdlə reaksiyasından alınan elastik material |
S |
Siqma rabitə |
elektron buludlarının rabitə əmələ gətirən atomların mərkəzlərini birləşdirən xətt üzrə örtülməsindən əmələ gələn rabitə |
Siniflərarası izomerlik |
ayrı-ayrı siniflərə aid birləşmələr arasında izomerlik |
Sis-izomer |
eyni əvəzediciləri π-rabitə müstəvisinin eyni tərəfində olan izomer |
Sopolimerləşmə |
iki müxtəlif monomerin iştirakı ilə gedən polimerləşmə reaksiyası |
Stirol |
vinil və fenil radikalından ibarət aromatik birləşmə (C8H8) |