F | |
Freon | əsasən metan və etanın qarışıq halogenli törəmələri (məsələn, CF3Cl) |
H | |
Həndəsi izomerlik | π-rabitə müstəvisinə nəzərən əvəzedicilərin yerləşməsi |
Hibridləşmə | müxtəlif formalı orbitallardan eyni formalı və enerjili orbitalların əmələ gəlməsi |
Hidratlaşma | maddəyə su molekulunun birləşməsi |
Hidrogenləşmə | üzvi birləşmələrə hidrogenin birləşməsi |
İ | |
İkili butil radikalı | n-butan molekulundan ikili karbon atomuna birləşmiş bir hidrogen atomunun ayrılmasından alınan hissəcik |
İkili karbon atomu | iki karbon atomu ilə birləşmiş karbon atomu |
İUPAK | Beynəlxalq Nəzəri və Tətbiqi Kimya Cəmiyyəti, maddələrin adlandırılmasının standartlarını hazırlayan təşkilat |
İzobutil radikalı | izobutan molekulundan birli karbon atomuna birləşmiş bir hidrogen atomunun ayrılmasından alınan hissəcik |
İzolə olunmuş alkadien | ikiqat rabitəli karbon atomları birdən çox təkqat rabitə ilə ayrılmış alkadien |
İzomerləşmə reaksiyası | maddənin vəsfi və miqdari tərkibinin dəyişməməsi, lakin quruluşun dəyişməsi ilə baş verən reaksiya |
İzopren | 2-metilbutadien-1,3-ün tarixi adı |
İzopropil radikalı | propan molekulundan ikili karbon atomuna birləşmiş bir hidrogen atomunun ayrılmasından alınan hissəcik |
K | |
Kalium-permanqanat məhlulu |
KMnO4-ün suda məhlulu, doymamış karbohidrogenlər üçün təyinedici reaktivdir |
Karboanion | tərkibində mənfi yüklü karbon atomu olan üzvi hissəcik |
Karbokation | tərkibində müsbət yüklü karbon atomu olan üzvi hissəcik |
Kauçuk | alkadienlərin polimerləşmə məhsulu |
Keyfiyyət reaksiyası | maddənin təyini reaksiyası |
Konovalov reaksiyası | alkanların nitrat turşusu ilə reaksiyası |
Konyuqə olunmuş alkadien |
ikiqat rabitəli karbon atomları bir təkqat rabitə ilə ayrılmış alkadien |
Kuçerov reaksiyası | alkinlərin hidratlaşma reaksiyası |
Kumol | izopropilbenzolun tarixi adı |
Kumulə olunmuş alkadien |
ikiqat rabitələr eyni karbon atomuna birləşmiş alkadien |