A | |
Alkilhalogenid | alkan molekulunda hidrogen atomunun halogen atomu ilə əvəz olunma məhsulu |
Alkilləşmə reaksiyası | benzol halqasına alkil radikalının daxil edilməsidir |
Alkil radikalı | alkan molekulundan bir hidrogen atomu qopardıqda alınan hissəcik (CnH2n+1—) |
Aren | CnH2n-6 formuluna malik tsiklik karbohidrogen |
Aril radikalı | benzol halqasından bir hidrogen atomu qoparıldıqda alınan hissəcik |
Asetilen | alkinlərin ilk nümayəndəsi (C2H2) |
B | |
Bataqlıq qazı | bitki və heyvan qalıqlarının çürüməsindən əmələ gələn və əsas tərkib hissəsi metandan ibarət qaz qarışığı |
Benzol | aromatik karbohidrogenlərin ilk nümayəndəsi |
Benzol nüvəsi (benzol halqası) | altı karbon atomundan və ümumin-sistemindən ibarəttsikl |
Benzoy turşusu | aromatik turşuların ilk nümayəndəsi (C6H5COOH) |
Birli karbon atomu | bir karbon atomu ilə birləşmiş karbon atomu |
Bromlu su | bromun suda məhlulu, doymamış karbohidrogenlər üçün təyinedici reaktiv kimi istifadə olunur |
Bucaq gərginliyi (Bayer gərginliyi) | tsikloalkan molekulunda valent bucağından kənaraçıxma |
Butadien-stirol kauçuku | divinil və vinilbenzolun birgə polimerləşmə məhsulu |
D | |
Dehidrogenləşmə reaksiyası | üzvi birləşmə molekulundan hidrogenin ayrılması |
Divinil | butadien-1,3-ün tarixi adı |
Dördlü karbon atomu | dörd karbon atomu ilə birləşmiş karbon atomu |
E | |
Ebonit | kauçukun vulkanlaşmasından alınan bərk, qeyri-elastik material |
Etilenqlikol | ikiatomlu spirtlərin ilk nümayəndəsi |
Etil radikalı | etan molekulundan bir hidrogen atomunun ayrılmasından alınan hissəcik (C2H5—) |