Kokslaşma zamanı ilkin və təkrar çevrilmə prosesi baş verir, ilkin çevrilmə zamanı əvvəlcə 10
qaz qarışığı alınır. Sonra isə daş kömür qatranının buxarı və koks əmələ gəlir. Təkrar çevrilmə
zamanı aşağıdakı proseslər baş verir:
- alkanların krekinqi;
- alkenlərin polimerləşməsi;
- tsikloaIkanların dehidrogenləşməsi;
- aromatik karbohidrogenlərin kondensləşməsi (fenol, naftalin və s. alınması)
Alınan koks ayrıldıqdan sonra əmələ gələn uçucu komponentlər (koks qazı) soyudulur.
Kondensləşmə
nəticəsində daş kömür qatranı alınır. Bu prosesdə ammonyak, benzol və onun homoloqları,
hidrogen, karbon oksidləri, metan, etilen və s. kimi bir sıra maddələr kondensləşmir
Qaz qarışığını sulfat turşusu məhlulundan keçirdikdə ammonyak udulur. Reaksiya zamanı
alınan
ammonium-sulfat gübrə kimi istifadə olunur. Sonra daş kömür qatranından benzol ayrılır.
Koks qazının tərkibinə hidrogen, metan, karbon oksidləri və müxtəlif qazşəkilli
karbohidrogenlər
daxildir. Koks qazından yanacaq kimi və kimya sənayesində xammal kimi istifadə
olunur.
Daş kömürün emalı üsullarından biri də onun hidrogenləşdirilməsidir. Daş kömürün hidrogenləşdirilməsi
zamanı yanacağın tərkibindəki üzvi maddələr maye məhsullara çevrilir.
Bu proses katalizator iştirakında yüksək temperaturda və təzyiqdə aparılır. Prosesdən alınan
karbohidrogenlər qarışığı motor yanacağı kimi istifadə olunur.
Koks qazının tərkibində H2, CH4, CO, C2H4 olduğunu bilərək ondan hansı üzvi
maddələri almaq olar? Cavabınızı uyğun reaksiya tənlikləri yazaraq əsaslandırın.
Öyrəndiklərinizi yoxlayın
-
Daş kömürün kokslaşması dedikdə nə
başa düşürsünüz?
-
Daş kömürün kokslaşmasından, əsasən,
hansı məhsullar alınır?
-
Kokslaşdırma prosesində alınan koks,
əsasən, harada tətbiq olunur?
-
Daş kömürdən motor yanacağını necə
almaq olar? Fikrinizi əsaslandırın.
-
Kokslaşdırma prosesində ilkin və təkrar
çevrilmə mərhələlərini xarakterizə edin.