Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri onun kokslaşdırılmasıdır.
Koksun əsas tərkib hissəsi (96%-dən çoxu) karbondur. Kokslaşma zamanı 1000-1200°C-də
daş kömürün pirolizi həyata keçirilir. Bu zaman bir sıra məhsullar alınır.
Daş kömürün
kokslaşdırılması məhsulları
Koks
Daş kömür qatranı
Ammonyaklı su
Koks qazı
Daş kömürün kokslaşdırılması koks sobalarında həyata keçirilir. Koks sobası içərisi odadavamlı
materialdan tikilmiş metal kameradır. Sobaya 20 ton daş kömür doldurulur və 14-15
saat müddətində kamera qızdırılır. 1 ton kömürdən 750-800 kq koks alınır.