Karbohidrogenlərin oktan ədədi aşağıdakı sıra üzrə azalır:
Benzol sırası karbohidrogenlər→izoalkanlar → tsikloalkanlar →
alkenlər → normal alkanlar
Yüksək keyfiyyətli benzin fraksiyası almaq üçün neft
məhsullarının kimyəvi emal prosesləri işlənib-hazırlanmışdır.
Müasir dövrdə nəqliyyat vasitələrinin tüstü
qazlarında zərərli maddələrin miqdarını tənzimləyən
ekoloji standartlar tətbiq edilir. 2015-ci ildən tətbiq
olunan Evro-6 standartına görə benzinlə işləyən avtomobil
1 km məsafə qət etdikdə tüstü qazının tərki-
bində CO-nun miqdarı 1 q, karbohidrogenlər 0,1 q,
azot oksidləri isə 0,06 q-dan çox olmamalıdır.
Benzinin keyfiyyətinin artırılması
üçün uzun müddət zərərli tet-
raetilqurğuşundan
- (C2H5)4Pb istifadə
olunmuşdur.
Öyrəndiklərinizi yoxlayın
-
Benzinin keyfiyyəti nə ilə xarakterizə olunur?
-
Karbohidrogenləri oktan ədədinin artma
sırası ilə düzün.
1. toluol
2. n-heptan
3. metiltsikloheksan
A) 2, 3,1
D) 1, 2, 3
B) 2,1, 3
E) 3, 2,1
C) 1, 3, 2
-
Neftin ilkin emalından alınan benzin,
yoxsa neft məhsullarının təkrar emalından
alınan benzin daha keyfiyyətlidir?
Fikrinizi əsaslandırın.
-
Riforminq prosesi zamanı etiltsiklobutan
izomerləşmə və dehidrogenləşmə
reaksiyalarına uğrayır, nəticədə benzol
alınır. Uyğun reaksiya tənliklərini tərtib
edin.
-
Evro-6 standartı nədir? Bizim ölkəmizdə
hansı standartın tətbiq olunduğunu
internet resurslarından istifadə edərək
araşdırın.
-
Bakıdan Qazaxa qədər 80 km/saat orta
sürətlə hərəkət edən avtomobilin 6 saat
müddətində buraxdığı tüstü qazlarında
CO-nun kütləsi 500 qram olmuşdur. Sizcə,
bu Evro-6 standartına uyğundurmu?