Bu, mühərrikin işləməsi zamanı taqqıltının yaranmasına səbəb olur. Benzinin bu cür partlayışla
yanması detonasiya (fransızca “partlayış"deməkdir) adlanır.
Yanacağın oktan ədədi
Yanacağın keyfiyyəti onun detonasiyaya davamlılığı İlə müəyyən olunur. Yanacağın keyfiyyəti,
ilk növbədə, benzinin tərkibinə daxil olan karbohidrogenlərin molekul quruluşundan
asılıdır. Şaxəsiz quruluşlu doymuş karbohidrogenlərin detonasiyaya davamlılığı azdır.
Şaxəli quruluşlu doymuş karbohidrogenlər, həmçinin doymamış və aromatik karbohidrogenlərin
detonasiyaya davamlılığı yüksəkdir.
Detonasiyaya davamlılığın miqdari xarakteristikası oktan ədədidir. Oktan ədədi nə qədər
böyük olarsa, benzinin detonasiyaya davamlılığı bir o qədər yüksək olur. Şərti olaraq asan
detonasiya edən n-heptanın detonasiyaya davamlılığı sıfır, detonasiyaya daha davamlı
olan izooktanın
(2,2,4-trimetilpentan) detonasiyaya davamlılığı isə 100 qəbul edilir.
Birləşmə |
Detonasiyaya davamlılığı |
|
0 |
|
100 |
Əgər benzinin oktan ədədi 95 olarsa, deməli, bu benzinin detonasiyaya davamlılığı 95%
izooktan və 5% n-heptan qarışığının davamlılığı kimidir. Fraksiyalı distillə ilə alınmış benzinin
tərkibində şaxəsiz quruluşlu karbohidrogenlərin miqdarı çox olduğundan onun oktan
ədədi kiçik olur (50-60).