Benzinin keyfiyyəti və oktan
ədəd
4
Bəzən avtomobillərin mühərrikləri işlədikdə silindrdə kəskin taqqıltı yaranır, avtomobilin
mühərrikinin bəzi hissələrinin dağılması baş verir və mühərrikin gücü azalır.
Mühərrikin tullantı qazlarında zərərli maddələrin miqdarı artır.
Sizcə, avtomobillərdə baş verən bu nasazlığın səbəbi nədir?
Detonasiya
Mühərrikin işi zamanı benzin buxarları hava ilə silindrə sorularaq porşenlə sıxılır və elektrik
qığılcımı ilə bilavasitə yandırılır. Yanacağın yanması zamanı əmələ gələn qazlar genişlənərək
porşeni hərəkətə gətirir. Həcmin azalma dərəcəsi avtomobil mühərriklərinin işləməsinin
mühüm xarakteristikasıdır. Benzin-hava qarışığı nə qədər güclü sıxılarsa, mühərrikin
gücü bir o qədər çox olur və daha az yanacaq sərf edir. Lakin benzinin bütün növləri
eyni dərəcədə sıxılmır. Sıxılma zamanı bir sıra karbohidrogenlər vaxtından əvvəl alovlanır
və daha tez partlayışla yanır.