- üzvi sintezdə xammal kimi istifadə olunan qazşəkilli məhsulların yüksək çıxımda alınması;
- yüksək oktan ədədli və uzun müddət saxlanıla bilən benzinin əmələ gəlməsi.
Katalitik krekinqin əsas məhsulları aşağıdakı cədvəldə verilmişdir:
Məhsul |
Fraksiyanın tərkibi |
Krekinq qazı |
80% C3 - C5 karbohidrogenləri (onlardan
izoquruluşlu 40%-ə kimi) |
Krekinq benzini |
izoalkenlər 25%, izoalkanlar - 55%, aromatik
karbohidrogenlər - 20 - 30% |
Dizel yanacağı (yüngül qazoyl) |
Aromatik karbohidrogenlər — 40 — 80% |
Geniş fraksiya (ağır qazoyl) |
Kondensləşmiş karbohidrogenlər - 40 - 60% |
Katalitik krekinq zamanı karbohidrogenlərin parçalanması ilə yanaşı, onların izomerləşməsi
də baş verir:
Riforminq
Neft məhsullarının emalında əsas proseslərdən biri riforminqdir. Bu proses zamanı aromatik
karbohidrogenlər əmələ gəlir və nəticədə benzinin oktan ədədi artır. Prosesdə katalizator
kimi platindən istifadə edilir. Riforminq prosesi zamanı aşağıdakı reaksiyalar baş
verir:
1. alkanların dehidrotsiklləşməsi
2. tsikloalkanlann dehidrogenləşməsi:
3. aromatik karbohidrogenlərin dealkilləşməsi
Neft kimyası sənayesinin inkişafında görkəmli Azərbaycan kimyaçılarından akademiklər:
Yusif Məmmədəliyev, Əli Quliyev, Vahab Əliyev, Soltan Mehdiyev, Murtuza Nağıyev, İzzət
Orucova və başqalarının misilsiz əməyi olmuşdur.