Bu reaksiyadan alınan maddələr də parçalanmaya
uğrayır:
Termiki krekinq ilə alınan benzinin tərkibində alkenlərin
miqdarının çox olması onun detonasiyaya
davamlılığını artırır. Lakin belə benzin saxlanıldıqda
alkenlər asanlıqla oksidləşir və polimerləşir.
Bu benzinin yandırılması zamanı yanma silindrinin
divarlarında, klapanlarında və digər hərəkət hissələrində
ərp əmələ gəlir. Buna görə də termiki
krekinq benzininin davamlılığını artırmaq üçün ona
antioksidləşdiricilər əlavə olunur.
İzzət Mirzəağa qızı Orucova
(1909-1983)
Azərbaycan kimyaçısı, akademik.
Sürtkü yağlarının istehsalı və
keyfiyyətinin artırılmasında mühüm
işlərin müəllifidir. İlk azərbaycanlı
kinoaktrisalardandır. “Sevil” və “Almaz'
bədii filmlərində baş rolları ifa edib.
Krekinq prosesini daha yüksək temperaturda apardıqda kiçik molekul kütləli karbohidrogenlər
(etilen, asetilen) və aromatik karbohidrogenlər (benzol, toluol) əmələ gəlir. Krekinqin
bu növü piroliz adlanır. Piroliz yüksək temperaturda (700-1000°C) hava daxil olmadan
üzvi maddələrin parçalanmasıdır.
Bakı Neft emalı zavodunun krekinq qurğusu
Katalitik krekinq zamanı isə katalizatorlar iştirakında nisbətən aşağı temperaturda
(450-500°C) karbohidrogenlərin parçalanması baş verir. Termiki krekinqlə müqayisədə
katalitik krekinqin aşağıdakı üstünlükləri vardır:
- prosesin daha sürətli olması;
- karbohidrogenlərin izomerləşməsi hesabına izoquruluşlu alkanların alınması və alkenlərin
miqdarının az olması;