Benzin və digər yanacaqların yandırılması zamanı karbon qazı ilə yanaşı, dəm qazı, azot oksidləri,
zəhərli natamam yanma məhsulları əmələ gəlir. Bir çox ölkələrdə bu qazların miqdarının və
zəhərliliyinin qarşısını almaq üçün platin katalizatoru saxlayan konvertorlardan istifadə olunur.
Nəticədə karbohidrogenlərin yanmayan hissəsinin katalitik oksidləşməsi, dəm qazının karbon qazına,
azot oksidlərinin molekulyar azota və oksigenə çevrilməsi baş verir.
Aşağıdakı ifadələrlə tanış olun və səbəbini izah edin.
-
Qapalı yerlərdə (məsələn, qarajlarda) avtomobilin mühərrikini
işlək halda saxlamaq olmaz. Bu zaman qarajın havası mütləq dəyişdirilməlidir.
-
Avtomobil yollarının kənarlarından giləmeyvə, göyərti və göbələk
yığıb istifadə etmək, həmçinin mal-qaranı otarmaq olmaz.
-
Yola neft məhsulu (benzin, motor yağı və s.) dağıldıqda asfalt
örtüyünün həmin hissəsi tədricən dağılır.
Öyrəndiklərinizi yoxlayın
-
Neftin rektifikasiyası zamanı alınan fraksiyaları qaynama temperaturlarının
artması ardıcıllığı ilə sadalayın.
-
Avtomobillərdə yanacaq kimi hidrogendən istifadə etmək ekoloji cəhətdən
benzinə nisbətən daha əlverişlidir. Səbəbini izah edin.
-
Cədvəli tamamlayın.
Neft məhsulu |
Tətbiq sahəsi |
|
|
|
|
|
|
|
|
|
|
- Mazut → vakuumda distillə məhsulları → fraksiyaların tətbiq sahələri ardıcıllığı ilə
sxem tərtib edin.
.10 m3 neftin fraksiyalı distilləsi zamanı maksimum neçə m3 benzin fraksiyası alınar
“Neft və neft məhsullarının ətraf mühiti çirkləndirməsi və onun aradan qaldırılması yollan” adlı təqdimat hazırlayın.