Karbon atomunun hər bir sp3 hibrid orbitalı
hidrogen atomunun s-orbitalı ilə örtülərək
(sp3 - s örtülməsi) dörd σ-rabitə əmələ gətirir.
Bütün rabitələr eyni orbitalların örtülməsindən
əmələ gəldiyindən onların uzunluqları
və enerjiləri də bərabər olur. Karbon
və hidrogen atomları arasındakı rabitələr
də tetraedrin təpələrinə doğru istiqamətlənir.
Onlar arasındakı bütün rabitə bucaqları
109°28' olur. C - H rabitələrinin uzunluqları
da bərabər olduğundan metan molekulu
fəzada tetraedrik quruluşa (düzgün tetraedr
forması) malik olur.
Metan molekulunun fəza quruluşu ilə su və ammonyak molekullarının quruluşu arasında hansı oxşar və fərqli cəhətlər var?
Metandan başqa, digər alkanların molekulunda karbon atomlarının hibrid orbitalları da bir-biri ilə örtülür. Məsələn, etan molekulunda hər bir karbon atomunun dörd sp3 hibrid orbitalından üçü