Neftin çıxarılması və emalı zamanı ətraf mühit neft
və neft məhsulları ilə çirklənir. Neftlə çirklənmə,
əsasən, su hövzələri üçün daha təhlükəlidir. Neftin
çıxarılması və daşınması zamanı (məsələn, tankerlərdə
qəzalar), neft emalı müəssisələrinin tullantı
suları ilə neft məhsulları su mühitinə daxil olur. Neft
məhsulları suyun üzərində nazik təbəqə əmələ gətirərək
qaz mübadiləsini çətinləşdirir və suda yaşayan
canlıların məhvinə səbəb olur. Neftin ağır fraksiyaları
su hövzələrinin dibində toplanaraq fauna və
floraya zərərli təsir göstərir. Məsələn, 2010-cu ildə
Meksika körfəzində baş vermiş qəza zamanı 800
milyon litrə yaxın xam neft suya axmışdır. Bu qəza
zamanı əmələ gələn beş neft ləkəsindən birinin
uzunluğu 16 km, qalınlığı 90 metr, nüfuzetmə dərinliyi
isə 1300 metr olmuşdur.