Neftin ilkin emal məhsulları
Neftin ilkin emalından, əsasən, aşağıdakı fraksiyalar alınır:
Qaz fraksiyası (rektifikasiya qazı, qaynama temperaturu
40°C-dək) tərkibinə CH4-
C4H10
karbohidrogenləri daxildir. Əvvəllər bu qazlar məşəl üsulu ilə yandırılırdı. Hazırda həmin
qazlar ayrılaraq yanacaq və kimyəvi xammal kimi istifadə olunur.
Benzin fraksiyası (qaynama temperaturu 40-200°C) tərkibinə
C5H12 - C11H24
karbohidrogenləri
daxildir. Bu fraksiyanı təkrar distillə etdikdə qarışıqdan qaynama temperaturu
daha az intervalda olan yüngül neft məhsulları: petroley efiri (40-70°C), aviasiya və avtomobil
benzini (70-120°C) ayrılır. Neftin fraksiyalı distilləsi zamanı benzin fraksiyasının çıxımı
20%-dən artıq olmur.
Liqroin fraksiyası (qaynama temperaturu 150-250°C) tərkibinə
C8H18 - C14H30
karbohidrogenləri
daxildir. Bu fraksiya traktorlar, yük avtomobilləri və teplovozlar üçün yanacaq
kimi tətbiq olunur.
Kerosin fraksiyası (qaynama temperaturu 180-300°C) tərkibinə
C12H26 - C18H38
karbohidrogenləri
daxildir. Bu fraksiya reaktiv təyyarələr və raketlər üçün yanacaq kimi istifadə
olunur.
Qazoyl (qaynama temperaturu 270-350°C) dizel yanacağı kimi
istifadə olunur.
Göstərilən fraksiyalar ayrıldıqdan sonra qara rəngli özlü maye - mazut
qalır.