Neftin ilkin emalı fiziki proseslərə əsaslanır.
Xam neft qazlardan, sudan və mineral qarışıqlardan
[qum, gil, mineral duzlar və s.) təmizlənir.
Sonra isə neft fraksiyalı distilləyə uğradılır.
Proses rektifikasiya kolonunda aparılır.
Fraksiyalı distillə (rektifikasiya) qarışığın komponentlərə
ayrılma prosesidir.
Borulu sobada 350-400°C-dək qızdırılmış
neft rektifikasiya kolonuna daxil olur. Rektifikasiya
kolonunda deşikləri olan arakəsmələr
(boşqablar) üfüqi yerləşdirilmişdir. Rektifikasiya
kolonunda neftin tərkibində maye halda
olan komponentlərin fasiləsiz buxarlanması
və kondensləşməsi prosesi baş verir. Neftin
tərkibinə daxil olan karbohidrogenlərin əksəriyyətinin
qaynama temperaturları bir-birinə
yaxın olduqlarından distillə zamanı saf maddələr
deyil, müəyyən temperatur intervalında
qaynayan fraksiyalar alınır. Daha yuxarı
boşqablarda daha aşağı temperaturda qaynayan
fraksiyalar, aşağıda isə daha yüksək
temperaturda qaynayan fraksiyalar toplanır.