Karbohidrogenlərin təbii mənbələri
haqqında ümumi məlumat
1
Gündəlik həyatda rastlaşdığımız və ya eşitdiyimiz bu yanacaq mənbələrinin tərkibinə
görə ümumi cəhəti nədir?
Karbohidrogenlər təbiətdə geniş yayılmışdır. Onların əsas təbii mənbələri təbii qaz, neft,
neftlə birlikdə çıxan qazlar və daş kömürdür.
Təbii qaz
Təbii qaz əsas hissəsi metan (80-97%), qalanı isə etan, propan, butan və az miqdarda digər
qazlardan ibarət qarışıqdır. Karbohidrogenlərin molyar kütləsi artdıqca onun təbii qazda miqdarı
azalır. Müxtəlif yataqların təbii qazları tərkiblərinə görə bir-birindən fərqlənir. Təbii qazın
orta tərkibi (%-lə həcm payına görə) aşağıdakı kimidir:
CH4 |
C2H6 |
C3H8 |
C4H10 |
C5H12 |
N2 və başqa
qazlar |
80-97 |
0,5-4,0 |
0,2-1,5 |
0,1-1,0 |
0-1,0 |
2-3 |
Bərk və maye yanacaqlarla müqayisədə təbii qaz daha üstün hesab olunur. Təbii qazın
yandırılması zamanı külli miqdarda istilik ayrılır və yandırılma zamanı bərk qalıq alınmır. Hasil
olunan təbii qazın təqribən 90%-i istilik elektrik stansiyalarında, sənaye müəssisələrində və
məişətdə yanacaq kimi istifadə olunur. Qalan 10%-i isə kimya sənayesi üçün qiymətli xammaldır.
Ondan etilen, asetilen, hidrogen, duda, müxtəlif plastik kütlələr və digər məhsullar
alınır. Bundan başqa, təbii qazdan avtonəqliyyatlar üçün yanacaq kimi istifadə olunur. Təbii
qazın istifadəsi benzinə qənaət etməklə yanaşı, tam yanma hesabına ətraf mühitin kimyəvi
birləşmələrlə çirklənməsinin azaldılmasına imkan verir.
Neft
Neft tünd-qonur və ya qara rəngli, sudan yüngül və suda praktiki həll olmayan, xarakterik iyli,
yanıcı mayedir. Neft milyon illər ərzində bitki və heyvan qalıqlarının kimyəvi və bioloji çevrilməsi
nəticəsində əmələ gəlir. Neftin tərkibinə qaz, maye və bərk halda olan müxtəlif karbohidrogenlər