Stirol molekulunda yan zəncirdə ikiqat rabitənin (doymamış radikalın) olması hesabına o,
kimyəvi xassələrinə görə benzol və onun homoloqlarından fərqlənir. Stirol alkenlərə oxşar
olaraq adi şəraitdə bromlu suyu (həmçinin kalium-permanqanat məhlulunu) rəngsizləşdirir.
1 mol stirol maksimum neçə mol H2 birləşdirər? Bu zaman alınan maddə
karbohidrogenlərin
hansı sinfinə aid olur?
26 qram stirol 1000 q bromlu suyu rəngsizləşdirir. Bromlu su məhlulunun qatılığını (%)
hesablayın.
HƏLLİ
Stirolun bromla reaksiya tınliyini yazaq.
26 q ----------- x q
104 q ---------- 160 q
x =
26 ⋅ 160
104
= 40 q (Br2)
1000 q --------- 100%
40 q ----------- x %
x =
40 ⋅ 100
1000
= 4%
İzopren və stiroldan ibarət 3 qram qarışıq
Qarışıqda neçə qram stirol var?
500 q 2%-li bromlu suyu tam rəngsizləşdirir.
Stirol polimerləşərək polistirol əmələ gətirir.
Polistirol maşınqayırma və cihazqayırma sənayesində metalları əvəz edən material kimi və
məişətdə istifadə olunan plastik kütlələrin hazırlanmasında geniş istifadə olunur.
Stirolun butadien-1,3-lə birgə polimerləşməsi (sopolimerləşməsi) ilə yüksək keyfiyyətli sintetik
kauçuk olan butadien-stirol kauçuku alınır.