Benzol xlorla oxşar şəkildə reaksiyaya daxil olur. Bu zaman katalizator kimi dəmir(lll) xlo10
riddən istifadə edilir.
Alüminium-xlorid katalizatoru iştirakında benzolun xlorla reaksiyası zamanı isə benzol molekulunda
olan bütün hidrogen atomları xlor atomları ilə əvəz olunur.
Birləşmə reaksiyaları
Müəyyən şəraitdə benzol birləşmə reaksiyalarına daxil olur. Katalizator iştirakında yüksək
temperatur və təzyiqdə benzol hidrogenləşərək tsikloheksana çevrilir.
İşığın təsirindən benzol xlorla birləşmə reaksiyasına daxil olur.
Heksaxlorbenzol və heksaxlortsikloheksan (heksaxloran) uzun müddət kənd təsərrüfatında
ziyanvericilərə qarşı mübarizədə geniş istifadə olunmuşdur. Lakin onun canlı orqanizmlərə
mənfi təsiri öyrənildikdən sonra istehsalı və istifadəsi məhdudlaşdırılmışdır.