Reaktivlər və avadanlıq: natrium-benzoat, natrium-hidroksid, buz, qazaparan
boru, həvəngdəstə,
ştativ, şüşə çubuq, 100 ml-lik stəkan, sınaq şüşələri.
İşin gedişi: Həvəngdəstədə hər birindən 1-2 qram götürülmüş natrium-benzoat və
natrium-
hidroksidi qarışdıraraq toz halına salın. Qarışığı quru sınaq şüşəsinə yerləşdirib, sınaq
şüşəsini qazaparan boru ilə təchiz edilmiş tıxacla bağlayın və maili şəkildə ştativin pəncəsinə
bərkidin. Qazaparan borunun digər ucunu buzlu su ilə soyudulan qəbuledici sınaq
şüşəsinin içərisinə daxil edin.