3
Benzol sırası karbohidrogenlərin
alınması və fiziki xassələri
Azərbaycan kimyaçılarından akademik
Yusif Məmmədəliyevin II Dünya müharibəsində
qələbənin qazanılmasında müstəsna
xidmətləri olub. Y.Məmmədəliyev bu
dövrdə neft kimyası və neft emalının
vacib proseslərindən olan alkilləşmə
sahəsində misilsiz nailiyyətlər əldə etmişdir.
Onun üsulu ilə yüksək çıxımla alınan
və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik
birləşmələr təyyarələrin yüksək
uçuşunu təmin edə bilən yüksək oktanlı
və çox aşağı donma temperaturuna malik
yanacaqların hazırlanmasında istifadə olunmuşdur. Alimin elmi ixtiralarına əsasən
1941-1944-cü illərdə Bakı neftayıran lari cəbhəni milyon tonlarla yüksək keyfiyyətli
benzin ilə təmin etmişdir.
Alkilaromatik birləşmələr nədir?
Bu reaksiyaların tənliklərini necə təklif edərsiniz?
XIX əsrdə və XX əsrin əvvəllərinə kimi binaların və küçələrin
işıqlandırılmasında işıq qazından istifadə edilmişdir. İşıq
qazı daş kömür və neftin pirolizi zamanı əmələ gəlir. İşıq
qazının tərkibində hidrogen, metan, dəm qazı və s. ilə bərabər
benzol da olur. 1825-ci ildə M.Faradey ilk dəfə işıq
qazını soyudaraq kristallaşdırmaqla benzolu ayırmışdır.
Alınması
Sənayedə aromatik karbohidrogenlərin alınmasının əsas mənbəyi neft və daş kömür qatranıdır.
Daş kömür hava daxil olmadan yüksək temperaturda (1000-1200°C) qızdırıldıqda
daş kömür qatranı əmələ gəlir. Daş kömür qatranının distilləsi ilə benzol, toluol, etilbenzol
və digər aromatik birləşmələr ayrılır.
Benzol sırası karbohidrogenlər sənayedə həmçinin aşağıdakı reaksiyalar əsasında alınır:
1. Yüksək temperaturda katalizator iştirakında alkanların dehidrogenləşməsindən.
Məsələn, heksandan benzol, heptandan isə toluol alınır.