Əvvəlki dərslərdən 1,2-dimetiltsikloproponın sis- və trans- izomerləri olduğunu bilirik.
1,2-dimetilbenzolun sis- və trans- izomerləri varmı? Fikrinizi əsaslandırın.
Öyrəndiklərinizi yoxlayın
Verilmiş maddələri molekullarında olan
karbon atomunun sayının artma ardıcıllığı
ilə düzün.
1. o-ksilol
2. toluol
3. kumol
A) 1, 2, 3
C) 1, 3, 2
E) 3, 2,1
B) 2,1, 3
D) 2, 3,1
Molekulunda 10 hidrogen atomu olan
benzol sırası karbohidrogenin nisbi molekul
kütləsini müəyyən edin.
Benzol sırası karbohidrogenlərin ilk nümayəndəsinin
molekulunda neçə karbon
atomu var? Səbəbini izah edin.
Uyğunluğu müəyyən edin.
1. alkil radikalı
2. aril radikalı
a. vinil radikalı
b. fenil radikalı
c. benzil radikalı
d. etil radikalı
Benzolun homoloqunun 0,2 molunda
24 q karbon var. Bu birləşmənin molekulundakı
ümumi atom sayını müəyyən
edin.
A) 18
B) 22
B) 20
D) 26
E) 24
m-ksilol molekulunda olan metil qruplarından
birinin bir, digərinin isə İki hidrogen
atomunu metil radikalları ilə əvəz
etdikdə alınan birləşməni beynəlxalq
nomenklatura ilə adlandırın.